Lavrov və Zərif Qarabağı müzakirə etdi
15.01.2021
Rusiya xarici işlər naziri Sergey Lavrov və İran XİN başçısı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova məlumat verib. Bildirilib ki, tərəflər arasında ikitərəfli münasibətlər müzakirə edilib.
Həmçinin Qarabağ məsələsi də müzakirə mövzusu olub. Detallar barədə məlumat verilməyib.