Bənd uçdu: Ölənlər var Əfqanıstanda FƏLAKƏT
12.07.2018
Əfqanıstanın şərqində daşqın nəticəsində bənd uçub, azı 10 nəfər ölüb, xeyli sayda itkin düşənlər var.
Bu barədə Ariana telekanalı məlumat yayıb.
TASS informasiya agentliyi xəbər verir ki, hadisə Pəncşir əyalətində baş verib. Su bir neçə kəndi basıb, azı 300 ev su altında qalıb. Su artmaqda davam edir. Yerli hökumət orqanları fəlakət qurbanlarının sayının artacağını istisna etmir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.