21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezident 39 il sonra Şuşada Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə

15.01.2021

 Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan Şuşa şəhərinə səfəri ümummilli lider Heydər Əliyevin bu şəhərə səfərinin 39 ildönümünə təsadüf edib.

DM xəbər verir ki, 1982-ci ilin yanvarın 14-də ulu öndər Heydər Əliyev Şuşaya səfər edib.

Səfər çərçivəsində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin türbəsinin açılışı olub. Həmin səfərdə ulu öndəri müşayiət edənlər arasında gənc İlham Əliyev də olub.

Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı 1982-ci ildə Şuşada Natəvan bulağının qarşısında çəkilmiş fotonu nümayiş etdirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.