Rusiya da bu razılaşmadan çıxır
15.01.2021
Rusiya hakimiyyəti Açıq Səma Razılaşmasından çıxmaq haqqında qərar qəbul edib.
DM xəbər verir ki, bu məlumatı "Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Rusiya razılaşmadan çıxmaq haqqında qərarını yaxın zamanlarda elan edəcək.
Qeyd edək ki, bir müddət öncə ABŞ bu razılaşmadan çıxmışdı.