Filippin Prezidentindən maraqlı açıqlama
15.01.2021
Filippin Prezidenti Rodriqo Duterte, qızı Sara Duterte-Karpionun ondan sonra prezident olacağı ilə bağlı yayılan xəbərlərə cavab olaraq, prezidentliyin qadınlar üçün olmadığını söyləyib.
DM xəbər verir ki, Duterte açılış nitqində Davao Bələdiyyə Başçısı vəzifəsini tutan qızının prezidentliyə namizəd olmayacağını söyləyib. Qızının yaşadığı çətinlikləri yaşamasını istəmədiyini dilə gətirən Duterte, "Kişilərlə qadınlar arasında duyğusal fərqlər var. Prezidentlik qadınlar üçün bir iş deyil", - deyə ifadə edib.
Davao Bələdiyyə Başçısı 42 yaşlı Sara Duterte-Karpio, 2022-ci il üçün mümkün prezidentliyə namizədlərlə bağlı ictimai rəy sorğusunda birinci olub.
Qeyd edək ki, indiyə kimi Filippinin iki qadın prezidenti olub. Onlardan Korazon Aquino (1986-1992) və Qloria Macapagal Arroyo (2001-2010) illərində ölkəyə rəhbərlik ediblər.