Çavuşoğlundan AÇIQLAMA
14.01.2021
"Birgə bəyanat Minsk prosesi çərçivəsində illər ərzində hazırlanan fikir və prinsipləri böyük ölçüdə ehtiva edir. Lazım olsa ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər”.
DM-in "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Kürəsəl Media” jurnalına müsahibəsində Dağlıq Qarabağla bağlı suala cavabında deyib.
O qeyd edib ki, həmsədrlər konstruktiv olmalı və keçmişdə baş verənlərdən dərs almalıdırlar.