Ötən il neçə nəfərə Azərbaycan vətəndaşlığı verilib?
14.01.2021
2020-ci ildə 409 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub.
DM xəbər verir ki, bu açıqlamanı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında edib.
O əlavə edib ki, ümumilikdə 8 nəfər isə vətəndaşlığa bərpa olunub.
Vüsal Hüseynov əlavə edib ki, Azərbaycana 2020-ci ildə 52 nəfər qaçqın statusunun alınması ilə bağlı müraciət edib:
"Əvvəlki illə müqayisədə 87 faiz azalma olub. Qaçqın statusu ilə bağlı müraciət edən şəxslər 4 istiqamət üzrə bunu edirlər".