Navalnı Rusiyada həbs oluna bilər
14.01.2021
Rusiyalı müxalifətçi Aleksey Navalnının Rusiyaya qayıtdıqdan sonra həbsi ehtimalı özünü qoruyur.
DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ehtimallar yüksəkdir. Belə ki, Navalnı müxtəlif ittihamlarla 3.5 ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilər.
Dünən Navalnı 17 yanvarda müalicə aldığı Avropadan Rusiyaya qayıdacağını açıqlamışdı.
Qeyd edək ki, Navalnı naməlum şəraitdə zəhərləndikdən sonra Almaniyada xəstəxanaya yerləşdirilmişdi.