23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fransa səhvə görə Azərbaycandan üzr istədi

14.01.2021

 Fransa Güləş Federasiyası Azərbaycanla bağlı səhvi düzəldib.

DM-in xəbərinə görə, 15-17 yanvar tarixlərində Fransanın Nitsa şəhərində 47-ci dəfə keçiriləcək güləş üzrə turnirdə Azərbaycanla bağlı səhvə yol verilib.

Belə ki, 1924-cü ildə Fransadakı Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qızıl medal qazanmış Anri Deqlanın şərəfinə keçirilən Qran Pridə təşkilatçılar iştirakçı Azərbaycanın bayrağını loqoda əks etdirməyib.

Bundan xəbər tutan Azərbaycan Güləş Federasiyası dərhal məsələyə reaksiya verib və bu barədə təşkilatçılara iradını bildirib. Nəticədə təşkilatçı olan Fransa Güləş Federasiyası səhvini düzəldərək, loqoya Azərbaycan bayrağını da əlavə edib.

Həmçinin təşkilatçılar "Facebook” hesablarında səhvin siyasətlə bağlı olmadığını bildiriblər və buna görə üzr istəyiblər.

Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə bu turnirdə 2019-cu ildə iştirak edib. Bu, komandamızın Fransa Qran Prisində yarışacağı ikinci turnir olacaq.

Fransada təşkil olunan güləş üzrə Qran-Prinin yarış posterində ölkəmizin iştirak etməsinə baxmayaraq, loqoda Azərbaycan bayrağının olmaması sosial mediada geniş müzakirələrə səbəb olub.

Bu məsələni dəqiqləşdirmək üçün Azərbaycan Güləş Federasiyası ilə əlaqə saxladıq. Federasiyanın mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirdi. Mətbuat katibinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, burada hansısa bir siyasi səbəb yoxdur:

"Bu, onların loqosudur. Bu loqo əvvəldən təyin olunub və hazırlanıb. Dairəvi halqanın içində "Henri Deglane" yazılmış loqo illərdir ki, dəyişmir. Yarışın təşkilatçıları baxmır ki, o loqoda kimlər var. O loqoda bayraqları olan ölkələrin eləsi var ki, heç o yarışda iştirak etmir. Yəni, o loqoda olan bayraqlar sırf o yarışda iştirak edən ölkələr deyil.

Hər il sadəcə ili və tarixi dəyişilir. Yarış vaxtı zalda iştirakçı ölkələrin bayraqları dalğalanır və ya elektron versiyada nümayiş olunur. O zaman problem olardı ki, yarış vaxtı bayrağımız olmasın. Belə bir problem olmayacaq, buna tam zəmanət verilib. Biz keçən il də Qran-Pridə iştirak etmişik, orada da eyni hal qeydə alınmışdı".