Livanda komendant saatı
14.01.2021
Livanda bu gündən etirbarən yanvarın 25-dək davam edəcək komendant saatı qüvvəyə minir.
DM xəbər verir ki, bu qərar ölkədə yaranan epidemiploji vəziyyətlə bağlıdır.
Komendant saatından əlavə, Livanda bütün dövlət qurumları və özəl şirkətlər işini dayandırır, kitabxanalar, kinoteatrlar, muzeylər, stadionlar və digər kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan məkanlar tamam qapadılır, təhsil müəssisələri tam olaraq distant rejimə keçirlər.