Millət vəkili şəhid atası ilə görüşdü
14.01.2021
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Xətai Həsənovun atası Xaliq Nəsrəddin oğlu Həsənovla görüşüb.
DM xəbər verir ki, komitə sədri şəhid atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib.
"Oğlunuz Xətai Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. O, Ağdərə, Cəbrayıl və Talış kəndi istiqamətində mərdliklə döyüşüb.
Xətai döyüşlərin gedişində öz komandirini xilas edən zaman qəhramancasına şəhid olub. Bu gün onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir”, - millət vəkili deyib.
Q.Paşayeva şəhid atasına üzərində "Qarabağ Azərbaycandır!” yazılmış qol saatı hədiyyə edib.