21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Turistlərin ödədiyi ƏDV onlara qaytarılacaq

12.07.2018

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti əcnəbi turistlərin ödədiyi əlavə dəyər vergisinin (ƏDV) onlara qaytarılması sisteminin tətbiq olunması barədə qərar qəbul edib.
Əmirliklərin KİV-ləri xəbər verir ki, ƏDV-nin qaytarılması sistemi turizm sahəsinin stimullaşdırılmasına yönəlib. Bu sistem BƏƏ-nin bütün dünyada turistlər üçün sevimli istirahət yeri kimi statusunun möhkəmlənməsinə kömək edəcək. Hakimiyyət orqanlarının bu addımı təsdiq edir ki, Əmirliklərin strategiyası ölkədə vergi sisteminin səmərəliliyinin artırılmasına yönəlib.
Bildirilir ki, 2018-ci ilin dördüncü rübündə tətbiq ediləcək bu sistemin həyata keçirilməsinə müvafiq sahənin ən yaxşı mütəxəssisləri cəlb olunacaq. Turistlərə ƏDV-nin qaytarılması üçün xüsusi məntəqələr yaradılacaq.