03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

TƏBİB-dən koronavirusla bağlı növbəti PROQNOZ

13.01.2021

 İnsanların bir qismi xəstələnib, bir qismi isə vaksin vasitəsilə immunitet qazanacaq.

DM xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, əgər bir insan populyasiyasında insanların təqribən üçdə ikisi bu xəstəliyə qarşı immunitet qazansa, artıq virus bizim aramızdan gedəcək və bizi narahat etməyəcək:

"Hesablamara görə, bu vaxt da təqribən gələn ilin yayında olacaq. Deməli, gələn ilin yayına qədər bu virus bizi narahat edə bilər, amma sonra demirik ki, pandemiya bitəcək. Sonra xəstələnmələr olacaq, amma bizi daha bu qədər narahat etməyəcək. Bu, elmi proqnozlardır".