21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ neft hasilatını artıb

12.07.2018

ABŞ-ın sutkalıq neft istehsalı yenidən artıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 29 min barrel artaraq gündəlik 10,9 milyon barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. ABŞ-ın neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Bundan başqa, Birləşmiş Ştatların gündəlik neft hasilatı son 26 həftənin 24-də artım göstərib.
Əvvəlki həftə isə ABŞ-ın sutkalıq neft istehsalı fevral ayından indiyədək ilk dəfə azalmışdı.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 1,6 milyon barrel azalaraq gündəlik 7,4 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 309 min barrel aşağı düşərək sutkada 2 milyon barrel olub.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.
EIA-nın iyun ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,8 milyon barrel, gələn il isə 11,8 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.