Tələbələr Gürcüstanda aksiya keçirdi
13.01.2021
Gürcüstanda bir qrup tələbə parlamentin önündə etiraz aksiyası keçirib.
DM Gürcüstan KİV-ə istinadən xəbər verir ki, tələbələr qanunverici orqanının binası önünə toplaşıblar. Tələbələr təhsil haqqına görə etiraz etmək qərarına gəliblər.
Koronavirus pandemiyası səbəbi ilə sosial-iqtisadi vəziyyətin pisləşidiyini deyən tələbələr təhsil haqqını ödəyə bilmədiklərini bildiriblər. Onlar təhsil haqqından azad edilmə ilə bağlı qərar qəbul edilməsini tələb ediblər. Polis aksiyaya müdaxilə etməyib.