"Paşinyan nə baş verdiyini anlamır"
12.01.2021
Ermənistanda faəliyyət göstərən müxalif Çiçəklənən Ermənistan Partiyasının katibi Arman Abovyan baş nazir Nikol Paşinyanı tənqid edib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Abovyan dünənki Moskva görüşü barədə danışıb. Erməni müxalifətçi Nikol Paşinyanın prosesi başa düşmədiyini və təsadüfi addımlarla yadda qaldığını bildirib.
"Paşinyan nə baş verdiyini anlamır. Kim nə desə, sadəcə razılaşmaqla kifayətlənir", - deyə Arman Abovyan söyləyib.