Pompeo andiçmədən bir həftə əvvəl onunla görüşəcək
12.01.2021
ABŞ Dövlət katibi Mayk Pompeo yaxın günlərdə Brüsseldə NATO Baş katibi Yens Stoltenberq və Belçika xarici işlər naziri Sofi Vilmeslə görüşəcək.
DM xəbər verir ki, ABŞ Dövlət Departamenti səfərin 13-14 yanvar tarixlərinə planlaşdırıldığını açıqlayıb.
Bildirilib ki, səfərin məqsədi ABŞ və Belçika arasındakı tərəfdaşlığın davamlılığını təsdiqləmək və NATO-nun ABŞ-a qeyd-şərtsiz dəstəyini ifadə etməkdir.
Qeyd edək ki, Pompeonun səlahiyyət müddəti yeni seçilmiş prezident Co Baydenin hakimiyyətə gəldiyi gün – 20 yanvarda başa çatır.