"Gələcəyimizi Avropada görürük" - Çavuşoğlu
12.01.2021
"Gələcəyimizi Avropada görürük".
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib. Türkiyə XİN başçısı Avropa ölkələrinin Ankaradakı səfirləri ilə görüşündə bu barədə danışıb.
"Gələcəyimizi Avropada görürük. Bunu birikdə inşa etmək istəyirik. İslahatlarda qərarlıyıq. Avropa Birliyi bu mövzuda bizə dəstək olmalıdır", - deyə nazir söyləyib.