21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

COVID-19-un mənşəyi məlum oldu

12.01.2021

 Kambric Universiteti və Pirbrayt İnstitutunun (The Pirbright İnstitute) bir qrup əməkdaşı SARS-CoV-2 virusunu insan üçün təhlükəli hala gətirən əsas dəyişikliklərini üzə çıxarıblar.

DM xəbər verir ki, "PLOS Biology” jurnalında dərc olunmuş tədqiqata əsasən, bu virusun yarasalardan insanlara keçməsinə səbəb olan genetik dəyişikliklər 2003-cü ildə atipik sətəlcəmin yayılmasına gətirib çıxaran dəyişikliklərlə eynidir.

Mütəxəssislərin rəyincə, buradan hasil olan nəticə sözügedən viruslar ailəsinin heyvanlardan insanlara yoluxmaq üçün keçirdiyi mutasiyaların vahid bir mexanizmə söykənməsidir. Burada başlıca amilin virusdakı S zülalının tarixən dəyişikliklərə uğraması olduğu ehtimal edilir.