Azərbaycanda İran ticarət evi yaradılacaq
12.01.2021
Azərbaycanda İran ticarət evi yaradılacaq.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ASK prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.
O, bu istiqamətdə, həmçinin İran-Azərbaycan Müştərək Ticarət Palatasının fəaliyyətinin daha səmərəli şəkildə qurulması üçün səylərini artıracağını vurğulayıb.
Səfirin sözlərinə görə, ölkəmizə gəlməzdən öncə Azərbaycanla həmsərhəd olan İranın dörd vilayətinə səfər edib, orada fəaliyyət göstərən sahibkarlarla, ticarət-sənaye palatalarının rəhbərləri, eləcə də, İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatasının rəhbərliyi ilə görüşüb. İran sahibkarları Azərbaycanla əlaqələr qurmaqda çox maraqlı olduqlarını bildiriblər.