Trampdan andiçmə mərasiminə ETİRAZ
12.01.2021
ABŞ-ın hazırkı prezidenti Donald Tramp yanvarın 20-də Demokratlar Partiyasından prezidentiliyə namizəd olan və seçkilərdə qalib gələn Co Baydenin andiçmə mərasimi zamanı təhlükəsizliyin təmin edilməsi üçün Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edib.
DM-in "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev mətbuat xidməti məlumat yayıb.
"Prezident Donald Tramp bu gün Kolumbiya dairəsində fövqəladə vəziyyət rejimi elan edib və ABŞ-ın 59-cu prezidentin andiçmə mərasimi ilə əlaqədar fövqəladə vəziyyət səbəbindən dairənin təhlükəsizlik tədbirlərinə əlavə federal yardımın yönəldilməsinə dair göstəriş verib”, - məlumatda deyilir.