Nazarbayevin partiyası qalibi oldu
12.01.2021
Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin başçılıq etdiyi "Nur-Otan" Partiyası ölkədə keçirilmiş parlament seçkilərində qələbə qazanıb.
DM "RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Konstantin Petrov seçkilərin yekun nəticələri ilə bağlı açıqlamasında bildirib.
O, qeyd edib ki, Nur-Otan" Partiyası seçicilərin 71,09%-nin səsini yığıb.
"Partiya "Nur-Otan 71,09%-dir", - Petrov deyib.
MSK-nın məlumatına görə, yeddi faizlik baryeri həmçinin "Ak Jol ("İşıqlı yol") 10,95%-lə, "Qazaxıstan Xalq Partiyası” 9,1%-lə keçib.
Parlament seçkilərində iştirak etmiş "Aıul” ("Kənd”) və "Adal” ("Dürüst”) partiyaları müvafiq olaraq 5,29% və 3,57% faiz səs toplayıblar.