Putin görüşdə ilk təklifi verdi
11.01.2021
Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyev və Ermənistan baş naziri Paşinyana Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas istiqamətləri üzrə yeni addımların müzakirə olunmasını təklif edib.
DM xəbər verir ki, Putin bunu hazırda davam edən üçtərəfli danışıqlar zamanı deyib.
"Burada sülhməramlıların fəaliyyəti, demarkasiya xətlərin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması məsələləri nəzərdə tutulur”, - o deyib.
Putin bildirib ki, Qarabağla bağlı razılaşmalar ardıcıl olaraq həyata keçirilir, bu, münaqişənin ədalətli prinsiplə həllinə əsas yaradır.
O, həmçinin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistanın xüsusi üçtərəfli qrupu Qarabağda ticarət və iqtisadi əlaqələrin blokadadan çıxarılması ilə məşğul olacaq.