03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çörçillin rəsm əsəri satışa çıxarıldı

11.01.2021

 Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin yaratdığı "Mərakeşdə bir səhnə” (Scene at Marrakech) rəsm əsəri "Christie’s” hərrac evində 500 min funt sterliq dəyərində satışa çıxarılıb.

DM xəbər verir ki,  Çörçillin İngilis feldmarşalı Bernard Montqomeriyə (1887-1976) bağışladığı tablo (1935) ilk dəfə olaraq hərraca çıxarılır. Qeyd olunub ki, belə bir hədiyyə sabiq Baş nazirin yüksək rütbəli zabitə olan dostluq və dərin hörmətindən xəbər verir. Tanınmış bir siyasi xadim və bacarıqlı bir rəssamın bu sənət əsəri onun 1930-cu illərdə çəkdiyi ən yaxşı rəsmlər sırasında yer alır.

Uinston Çörçill 1935-ci ildə ilk dəfə Mərakeşi ziyarət edərkən bu afrika ölkəsinin mənzərələrindən heyrətə gəlib. Sonradan o, hərbi əməliyyat xatirələrini yaddaşında yeniləmək və rəssamlığa yer ayırmaq üçün burada bir neçə dəfə olub. Vaxtilə onun "Mərakeşin Tinxenir şəhərinin görünüşü” adlı tablosu "Sotheby's” hərrac evində 612.8 min funt sterliqə satılıb.

Qeyd edək ki, Uinston Çörçill rəssamlığa 40 yaşdan sonra maraq göstərməyə başlayıb və həyatı boyu 500-dən çox rəsm əsəri yaratmağa müəssər olub. Əl işlərinin çox hissəsi şəxsi kolleksiyalara və siyasətçinin qohumlarında məxsusdur.