Korotçenkodan ermənilərə XƏBƏRDARLIQ
11.01.2021
Ermənistanın Rusiyadakı səfirliyinin önündə aksiya keçirən bu "xalq” niyə Moskvada qalıb?
DM xəbər verir ki, bunu məşhur rusiyalı politoloq və hərbi ekspert İqor Korotçenko Teleqram hesabında qeyd edib.
"Bu etirazçılar niyə Moskvada oturub, Ermənistana getmirlər, ölkələrini yaxşılaşdırmırlar? Əgər siz Rusiya vətəndaşlarısınızsa, onda sizin Prezidentiniz Putin, Baş naziriniz Mişustindir. Xarici səfirliyin qarşısında çaqqallıq etmək lazım deyil”, — o yazıb.