“Tək Millət, Tək Ürək” Beyləqanda - FOTOLAR
11.01.2021
Dövran Media xəbər verir ki, "Tək Millət, Tək Ürək” layihəsinin davam olaraq Beyləqanda Şəhid ailələri ziyarət edilib.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə On altınci yardım aksiyası olaraq Beyləqan rayonunu əhatə edən bütün qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılması davam edir.
Layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayevə və Beyləqan Seçki Dairəsindən Milli Məclisin deputatı Şahin İsmayılova xüsusi təşəkkürümüzü bildiririk.