Avropa bizdən buna görə narazıdır - Lukaşenko
11.01.2021
Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbdən fərqli olaraq ölkədə demokratik proseslərin normal inkişaf etdiyini söyləyib.
DM xəbər verir ki, bu barədə "BelTa" agentliyi məlumat yayıb.
"Ölkəmizdə etirazçılar və digər narazı insanlar dövlət idarələrinə basqın etmir, demokratik proseslərin inkişafı baxımından tamamilə normal bir düzənimiz var", - o qeyd edib.
Lukaşenko vurğulayıb ki, bəzi avropalı siyasətçilərin Belarusdakı vəziyyətdən narazılığının əsas səbəbi bundan ibarətdir.