Təyyarə Trampa görə məcburi eniş etdi
11.01.2021
ABŞ-ın "Delta Eyr Laynes” (Delta Air Lines) aviaşirkətinin təyyarəsi Tramp tərəfdarlarına görə məcburi eniş edib.
DM xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilib ki, təyyarənin salonunda Trampa dəstəyə dair söhbətlər başlayıb. Daha sonra qarışıqlıq salanlar Vaşinqtondakı Reyqan adına hava limanında endiriliblər.