Həmsədrlərin regiona səfəri olacaq
25.01.2018
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın birinci ongünlüyündə regiona səfər edəcəklər. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşünün nəticələrinə müvafiq olaraq həmsədrlər fevral ayının birinci öngünlüyündə regiona səfər etməyi planlaşdırırlar.
İ. Popov regiona səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcəklərini də söyləyib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunacaq.