Ankarada zəlzələ təşviş yaratdı
11.01.2021
Türkiyənin paytaxtı Ankarada 4,5 bal gücündə zəlzələ baş verib.
DM xəbər verir ki, bu barədə AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.
Zəlzələnin şəhərin Qalacıq mahalında daha çox hiss edildiyi bildirilib.
Qəndilli Rəsədxanası zəlzələnin gücünün 4,7 bal olduğunu açıqlayıb.
Zəlzələdən sonra əhali arasında böyük təşviş yaşanıb. Hadisə ilə bağlı məlumat yayan Türkiyə Daxili İşlər Nazirliyi zəlzələ nəticəsində tələfat və dağıntı olmadığını bildirib.