Hadrutda küçələrə şəhidlərin adları verildi
08.01.2021
İşğaldan azad olunan Hadrut qəsəbəsində bərpa işləri aparılır.
DM-in məlumatına görə, qəsəbə ərazisində istiqamətverici nişanların quraşdırılmasına başlanılıb.
Bununla yanaşı, küçə adlarının əks olunduğu lövhələr də quraşdırılır.
Hadrut küçələrinə Azərbaycanın tarixi şəxsiyyətləri ilə yanaşı, Milli Qəhrəman və Qarabağ müharibəsində şəhid olan şəxslərin adları verilib.