"Şaxtalı və qarlı günlərin sayı azalır"
08.01.2021
"Qar prosesləri adətən yanvar-fevral aylarına təsadüf edir. Son onilliklərdə belə günlərin sayında azalma var”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan "Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, bu ay qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur. Şaxtalı və qarlı günlərin sayı azalır.
U.Tağıyeva vurğulayıb ki, yaxın həftələrdə qar gözlənilmir. Belə olduğu halda xəbərdarlıq olunacaq.