Bu şəxslərə “YAŞAT kart” veriləcək
08.01.2021
"YAŞAT kart”la bağlı layihə düşünürük. Hər bir ailəyə bu kart veriləcək”.
DM xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin kart ictimai iaşə obyektlərində və digər yerlərdə istifadə oluna biləcək:
"Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq”.