10 04 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Paşinyan üçtərəfli bəyanatdan danışdı

08.01.2021

 Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabrda Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanat barədə fikrini bildirib.

DM xəbər verir ki, bu barədə Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb. Ermənistan baş naziri qeyd edib ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı imzaladığı üçtərəfli bəyanatda prioritet təşkil edən bir sıra məqamlar var.

Nikol Paşinyan 8-ci maddənin xüsusi önəm daşıdığını qeyd edib. Bu maddədə əsir və girov götürülmüş şəxslərin dəyişdirilməsi ilə bağlı məsələlər yer alıb. Ermənistan baş naziri həmçinin itkin düşmüş şəxslərin axtarılması, hərbi əməliyyatların getdiyi zonalarda qalmış hərbi qulluqçuların meyitlərinin yığılması və kommunikasiya əlaqələrinin açılması barədə də danışıb.