"Ermənistan müxalifəti yeni aksiyalara hazırlaşır"
08.01.2021
Ermənistan mətbuatı müxalifətin yeni silsilə aksiyalara hazırlaşdığını yazır.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, birləşmiş müxalifətin yaratdığı "Vətənin xilası üçün ittifaq" yeni aksiyalara hazırlaşır. Yeni ilə qədər baş nazir Nikol Paşinyanı devirmək hədəflərinə nail olmayan siyasi qüvvələr yenidən hakimiyyəti istefaya məcbur etmək qərarına gəliblər.
Bildirilir ki, aksiyaların ilk ünvanının Ədliyyə Nazirliyinin qarşısı olması planlaşdırılır. Tədricən aksiyaların miqyasını artırmaq və Nikol Paşinyanı istefaya sövq etmək, yeni keçid hökuməti dönəmində erkən və növbədənkənar parlament seçkiləri keçirmək başlıca məqsəd kimi müəyyən edilib.