Portuqaliyadan Qarabağ şərhi
08.01.2021
Dağlıq Qarabağda atəşkəsi dəstəkləyirik. Atəşkəs problemin həlli üçün siyasi mühit və sülh yolunu təmin edib.
DM xəbər verir ki, bunu Portuqaliya xarici işlər naziri Auqusto Santos Silva türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"21-ci əsrdə fikir ayrılıqları və mübahisələrin şiddət və zorla həll ediləcəyinə inanmaq mümkün deyil. Liviyada atəşkəsi, siyasi prosesi və Berlin prosesini dəstəkləyirik. Şərqi Aralıq dənizində müsbət addımların atıldığını və bu addımların davam edəcəyini görməkdən məmnunuq. Ümid edirik ki, AB zirvəsində də pozitiv bir işbirliyi gündəmə gətirilər. Şərqi Aralıq dənizində sülh və sabitliyi təmin edə bilərik", - Silva qeyd edib.