ABŞ artıq "seçki standartı" tətbiq edə bilməz - Slutski
08.01.2021
Vaşinqtonda baş verənlər Amerika cəmiyyətinin iki hissəyə bölünməsi ilə nəticələndi.
DM xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski çıxış edib.
"Konqresdə seçki nəticələrinin rəsmi təsdiqini dayandıran Kapitolidəki iğtişaşlar hakimiyyətin demokratik şəkildə ötürülməsi prosesinə kölgə saldı. ABŞ şübhəsiz ki, indi digər ölkələrə seçki standartları tətbiq edə bilməz və dünyada "demokratiyanın mayakı" olduğunu iddia edə bilməz", - Slutski vurğulayıb.
Xatırladaq ki, yanvarın 6-da Tramp tərəfdarları Konqres binasına daxil olaraq iğtişaşlar törədib.