“Tramp Putinin alətidir” - Nensi Pelosi
08.01.2021
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın hərəkətlərini Rusiya prezidenti Vladimir Putin üçün "hədiyyə” adlandırıb.
DM xəbər verir ki, bu barədə spiker keçirdiyi mətbuat konfransında deyib.
"Bu prezident (Donald Tramp – red.) Putinin alətidir. Putinin məqsədi dünyada demokratiyanın rolunu, nüfuzunu azaltmaq idi. O bununla məşğul idi. Və bu istiqamətdə uzun müddət köməkçisi Donald Tramp olub. Prezident dünən Putinə hədiyyələrin ən böyüyünü verdi”, - deyə Pelosi bildirib.