ABŞ-ın fəxr etdiyi sistemin məhvi başladı – Rusiya
07.01.2021
Respublikaçılarla demokratların tərəfdarlarının toqquşması ABŞ-da növbəti seçkilərdə də təkrarlanacaq.
DM xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin sədri Konstantin Kosaçev deyib. Onun sözlərinə görə, ABŞ hökuməti artıq çoxdan öz cəmiyyətindən ayrılıb:
"Hər yeni seçki hazırkı situasiyanın təkrarlanmasına gətirib çıxaracaq. İnsanlar öz qələbələrinin oğurlandığını görüb, etiraz edəcəklər”.
Kosaçev ABŞ cəmiyyətinin fəxr edilən demokratik sisteminin məhv olmağa başladığını deyib.