Paşayevadan daha bir şəhid atasına hədiyyə
07.01.2021
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon Hacallı kənd sakini, şəhid Əli Qasımovun atası İbrahim Qasımovla görüşüb.
DM xəbər verir ki, millət vəkili şəhid atasını tarixi qələbə münasibəti ilə təbrik edib.
"Əli Qasımov Vətən Müharibəsində fədakarlıqla döyüşüb, şəhid olub. O, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik”, - Q.Paşayeva deyib.
Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından məktub və üzərinə "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.