Türkiyə ordusu Suriyada terrorçuları zərərləşdirdi
07.01.2021
Türkiyə ordusu Suriyanın şimalında daha 5 terrorçunu zərərsizləşdirib.
DM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində məlumat yerləşdirib. Terorçuların PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşmasına mənsub olduğu bildirilib.
"Barış Pınarı" əməliyyatının keçirildiyi bölgədə bu terrorçuların hücum və sızma cəhdlərinin qarşısının alındığı vurğulanıb. Bölgədə hüzur və güvən mühitinin pozulmasına imkan verilməyəcəyi ifadə olunub. Hazırda əməliyyat tədbirləri davam etdirilir.