“Vaşinqtondakı hadisələr ABŞ-ın daxili işidir” - Rusiya XİN
07.01.2021
"Vaşinqtonda baş verən hadisələr ABŞ-ın daxili işidir”.
DM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtonda baş verən hadisələrlə bağlı bəyanatında bildirilib.
"Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-dakı seçki sistemi arxaikdir, çağdaş standartlara cavab vermir, pozuntular üçün şərait yaradır. Dost Amerika xalqına öz tarixlərinin bu drammatik mərhələsindən layiqincə çıxmağı diləyirik”, - XİN-nin bəyanatında vurğulanıb.