21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İraq Ali Məhkəməsindən Trampa qarşı HƏBS QƏRARI

07.01.2021

 İraq Ali Məhkəmə Şurası, iranlı General Kasım Süleymani və Əbu Mehdi El-Mühəndisin ABŞ-ın hücumunda Bağdadda öldürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində  açıqlama verib.

DM xəbər verir ki, yazılı açıqlamada, generala və mühafizəçilərinə qarşı sui-qəsd hadisəsini araşdıran Bağdaddakı Rusafa Məhkəməsinin istintaqı tamamladığı və ABŞ Prezidenti Donald Tramp üçün həbs qərarı verildiyi bildirilib.

Həbs orderinin Cinayət Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq alındığı və istintaqın sui-qəsd hadisəsində iştirak edən əcnəbilərin və İraqlıların şəxsiyyətinin müəyyənləşdirilməsinə davam edəcəyi vurğulanıb. 

Qeyd edək ki,  İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrinin Komandiri Kasim Süleymani və Haşdi Şabi Təşkilatının vitse-prezidenti Əbu Mehdi El-Mühəndis, 3 yanvar 2020-ci il tarixində ABŞ-ın İraqın paytaxtı Bağdaddakı Beynəlxalq Bağdad Hava Limanı yaxınlığında təşkil etdiyi əməliyyatda öldürülüb.   Hadisədən sonra toplanan İraq Parlamenti, ölkədəki bütün xarici əsgərlərin çıxarılması da daxil olmaqla bir qərar vermişdi. Ancaq Sünni və Kürdlərin iştirak etmədiyi iclasda alınan qərar qüvvəyə minməyib.