Somalidə terror aktı oldu
07.01.2021
Şərqi Afrika regionunda yerləşən Somalidə partlayış hadisəsi baş verib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, partlayışı naməlum terrorçular təşkil edib. Paytaxt Moqadişoda öncədən avtomobilə quraşdırılmış bomba nəzarət postunda partladılıb.
Nəticədə 2 polis, 5 mülki şəxs olmaqla, 7 nəfər həyatını itirib. Xəsarət alanlar da var. Yaralıların dəqiq sayı məlum deyil. Partlayışın məsuliyyətini heç bir terror qruplaşması üzərinə götürməyib. Hazırda araşdırmalar və əməliyyat-axtarış tədbirləri aparılır.