1 yaşlı uğaq hakim qarşısında: ABŞ-da
11.07.2018
"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, ABŞ-ın Arizona ştatında miqrasiya işləri ilə bağlı bir yaşlı uşaq məhkəmə qarşısına cıxarılıb.
Dinləmə zamanı uşaq valideynlərsiz, tək olub. "BBC.com"un verdiyi xəbərə görə onun ABŞ ərazsində qalmaq hüququna baxılıb. Körpə isə bu vaxt əmzikdən su içir, oyuncaqlarla oynayırmış . Lakin məhkəmə prosesinin axırında bərkdən ağlamağa başlayıb.
Məhkəmə onun ölkəni könüllü tərk etməsi qərarını çıxarıb. Bu da Amerika hakimiyyətinə əsas verir ki, uşağı Handurasa, bundan əvvəl atası deportasiya olunan yerə göndərsinlər. İşə baxan hakim Con Riçardson qeyd edib ki, vəkilə müdafiə etdiyiniz şəxs işin mahiyyətini anlayırmı sualı ilə müraciət edəndə, mən demək olar ki, özümdə deyildim. "Mən bu sualı verəndə özüm də utanıram ona görə ki, siz bunu kimə başa salacaqsınız. Əgər təsəvvürünüzə gətirə bilirsinizsə ki, 1 yaşlı körpə miqrasiya qanunlarından nəsə anlaya bilir ”- deyə, telekanal sitat gətirib. 1 yaşlı körpədən başqa bir neçə uşaq da məhkəmə qarşısına çıxarılıb. Təkcə onlardan biri yaşını soruşarkən beş dənə barmağını göstərə bilib. ABŞ prezidenti Donald Trampın yeni miqrasiya siyasəti nəticəsində 19 apreldən 31 maya qədər valideynlərinin ölkəyə qanunsuz kecdikləri ücün dövlət tərəfindən saxlanılması nəticəsində 2 minə yaxın uşaq ailəsindən alınmışdır. Bundan sonra Tramp ailələrin ayrılmasının dayandırılması haqqında sərəncam imzalayıb.