"Bu insan Ağ Evə daxil olmayacaq"
07.01.2021
ABŞ-ın hazırkı prezidenti Donald Tramp vitse-prezident Mayk Pensin əsas köməkçisinə Ağ Evə daxil olmağı qadağan edib.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilib ki, söhbət ABŞ-ın vitse-prezidentinin Seçki kollegiyasının səslərinin hesablanması ilə bağlı məsələlərə dair məsləhətçisi, Pensin Aparat rəhbəri Mark Şotredən gedir.
Qeyd edək ki, Şotre ölkədə keçirilmiş seçkilərin nəticələrini ləğv etməkdən imtina edib.