Paşinyan Makronla Qarabağı müzakirə etdi
07.01.2021
Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
DM xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Qarabağ məsələsi müzakirə edilib.
Tərəflər, həmçinin Ermənistan-Fransa münasibətlərinin gündəliyi və iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı bəzi məsələləri də müzakirə ediblər.