"Amerikan demokratiyası topal oldu" - Rusiyalı deputat
07.01.2021
"Amerikan demokratiyası topal oldu".
DM xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü, deputat Konstantin Kosaçev bildirib.
"Amerikan demokratiyası topal oldu. ABŞ demokratiyası çoxdan axsayırdı. İndi isə topal oldu. Üstəlik iki ayağı da sağlam ola-ola topal oldu.", - deyə Kosaçev söyləyib.
O qeyd edib ki, demokratiya bayramı artıq sona çatıb. Kosaçevin sözlərinə görə, ABŞ daha demokratiya ilə bağlı marşrutu cıza bilmir.