Vaşinqtonda 50-dən çox şəxs saxlanıldı
07.01.2021
ABŞ-ın paytaxtı Vaşinqtonda iğtişaşlarla əlaqədar tətbiq olunan komendant saatını pozduğuna görə 52 nəfər saxlanılıb.
DM-in məlumatına görə, bunu Vaşinqton polisinin rəhbəri Robert Konti deyib.
Qeyd olunub ki, 26 nəfər Konqres binasının yaxınlığında saxlanılıb. Bundan başqa, polis əməkdaşları biri Demokrat partiyası, biri Respublikaçılar partiyasının binasında olmaqla iki partlayıcı maddə aşkar edib.
Xatırladaq ki, gecə saatlarında Vaşinqtonda prezident Donald Trampın tərəfdarları Konqres binasına hücum edib. Yaranan iğtişaş nəticəsində 4 nəfərin öldüyü bildirilib. Polis gözyaşardıcı qaz tətbiq edib.