Azərbaycan neftinin qiyməti AÇIQLANDI
07.01.2021
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,79 ABŞ dolları və yaxud 3,38 % artıb.
DM xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 54,73 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.